Ucuz ərzaq hansı risklər yaradır? – Dietoloqdan açıqlama

Ucuz ərzaq hansı risklər yaradır? – Dietoloqdan açıqlama
Kateqoriya məlum deyil
T

Ərzaq qiymətlərinin artması ailələrin gündəlik qida seçimlərinə təsir göstərərək daha ucuz məhsullara üstünlük verilməsinə səbəb olur. Bu tendensiya isə bəzi hallarda keyfiyyətli və sağlam qidalanma imkanlarını məhdudlaşdırır.

Dietoloq Leyla Zülfüqarova Sfera.az-a açıqlamasında bildirib ki, ərzaq qiymətlərinin artması insanların qida seçimlərinə təsir edən əsas amillərdən biridir.

Onun sözlərinə görə, sağlam qidalar daha bahalı olur və bu səbəbdən insanlar daha ucuz məhsullara üstünlük verirlər:

“Məsələn, tərəvəz çeşidlərindən ucuz tərəvəz kartofdur. Amma bizim üçün sağlam tərəvəz dediyimiz brokkoli, kərəviz, badımcan, kabaçkidir. Qiymət müqayisəsində bunlar digərinə nisbətən daha bahadır”.

L.Zülfüqarova ət məhsullarının da qiymət və sağlamlıq baxımından fərqləndiyini bildirib. O deyib ki, sağlam rasionda daha keyfiyyətli və müxtəlif ət məhsullarına üstünlük verilməlidir:

“Ət qrupunu götürək. Daha sağlam rasionlu qidanın menyusunda daha baha, daha çox ət yeyilməlidir. Məsələn, bu ət qrupunda balıq birinci yerdədir və daha bahalı ət qrupudur. Can əti də yeyilməlidir. Bu siyahıda ucuz ət qrupu toyuqdur”.

Dietoloq söyləyib ki, qiymət amili səbəbindən insanların daha çox toyuq ətindən istifadə etməsi də müəyyən problemlərə yol aça bilər:

"Bunu hormonal dəyişikliklərlə də əlaqələndirmək mümkündür. Nəticədə daha çox toyuq əti istifadə olunur ki, bu da hormonal dəyişikliyə də səbəb olur. Daha çox oğlan uşaqlarının ginekomastiyaya çevrilməsinin də səbəblərindən biri budur".

Ekspert vurğulayıb ki, daha düzgün və sağlam qidalanmaq əksər hallarda daha çox xərc tələb edir:

"İnsanların bədən çəkisi də hər zaman onların sağlam rifahının göstəricisi kimi qəbul edilməməlidir. Bəzən kök, kilolu insanlara sağlam rifahın təcəssümü kimi baxmaya da bilərlər".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR