Trampın paylaşımlarına erkən çıxış satılır: Xidmətin dayandırılması tələb edildi

Trampın paylaşımlarına erkən çıxış satılır: Xidmətin dayandırılması tələb edildi
Kateqoriya məlum deyil
T

İki mətbuat təşkilatı ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasındakı paylaşımlarına “Wall Street” şirkətləri üçün daha sürətli çıxış imkanı verən “Truth API” xidmətinin dayandırılması üçün Manhetten federal məhkəməsinə müraciət edib.

Sfera.az xəbər verir ki, “The Intercept” və “Freedom of the Press Foundation” Nyu-York məhkəməsinə müraciət edərək bu ay “Trump Media and Technology Group” tərəfindən istifadəyə verilən abunə xidmətinin fəaliyyətinin dayandırılmasını istəyib.

“Truth API” ABŞ Prezidenti Donald Trampın sosial şəbəkə paylaşımlarını ticarət şirkətlərinə ictimai lentdə yayımlanmasından əvvəl təqdim edir. Bu müddət yüksək tezlikli ticarət alqoritmlərinin digər investorlar məlumatı əldə etməmişdən əvvəl minlərlə əməliyyat həyata keçirməsi üçün kifayət edir.

Xidmətin aylıq qiyməti təxminən 60-100 min dollar, yəni 102-170 min manat arasında dəyişir. Abunəlik platformada ən çox izlənilən 10 hesabı əhatə edir. Onların arasında Donald Tramp, Ağ Ev, ABŞ vitse-prezidenti Cey Di Vens, FTB direktoru Kaş Patel və Səhiyyə naziri Robert F. Kennedi Jr. də var.

Şirkət rəhbərlərinin sözlərinə görə, artıq 10-dan çox müştəri xidmətə abunə olub. Onların əksəriyyəti yüksək tezlikli ticarətlə məşğul olan şirkətlərdir.

“Trump Media” şirkətinin müvəqqəti baş direktoru Kevin Makqurn bildirib ki, abunəçilər xəbərləri digər istifadəçilərdən saniyə fərqli ilə daha tez əldə edirlər. Xidmət daha əvvəl platformanın bazara ən çox təsir edən paylaşımlarına real vaxt rejimində çıxış kanalı kimi təqdim olunub.

ABŞ Prezidenti Donald Tramp şirkətin təxminən 41 faizinə sahibdir. Onun payı hazırda təxminən 1 milyard dollar, yəni 1,7 milyard manat dəyərində qiymətləndirilir.

Ağ Ev hələlik məhkəmə iddiasına münasibət açıqlamayıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR