Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edildi

Kateqoriya məlum deyil
T
Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Alen Simonyan ölkənin Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Sfera.az erməni mediasına istnadən xəbər verir ki, qərara əsasən, Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib. Onun yerinə Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan gətirilib.
Qriqoryan bu gün keçirilən hökumət iclasında sonuncu dəfə Təhlükəsizlik Şurasının katibi kimi iştirak edib. Baş nazir Nikol Paşinyan iclas zamanı onun 8 il ərzində bu vəzifədə gördüyü işlərə görə təşəkkür edib.
Qeyd edək ki, Armen Qriqoryan 2018-ci ildən Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tuturdu. Alen Simonyan isə bundan əvvəl Ermənistan Milli Məclisinin sədri olub.
Əzizə Zeynal
Sfera.az






