Dünyanın əsas buğda istehsalçıları - Onlar olmasa dünya ac qalar
2025-ci ildə dünya üzrə 843 milyon ton buğda istehsal edilib. Sfera.az xarici mənbələrə istinadən xəbər verir ki, bu qədər buğdanın 743 milyon tonunu, yəni 88 faizindən çoxunu Avropa İttifaqı və doqquz ölkə istehsal edib. Son məlumatlara əsasən, ittifaq ölkələri birlikdə 145,11 milyon ton buğda istehsal edə bilib. Amma ölkələr üzrə götürdükdə ən böyük buğda istehsalçısı Çindir. Çin 140 milyon ton buğda istehsal edib. Onu 118 milyon tonla Hindistan, 90,3 milyon tonla Rusiya, 54 milyon tonla ABŞ,