İrem Dericinin nişanlısı azadlığa buraxıldı — Diqqətçəkən Paylaşım

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı Qaziantep Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində həbs edilən DJ Melih Kunukçu məhkəmə qərarı ilə azadlığa buraxılıb.
Sfera.az xəbər verir ki, Kunukçunun vəkili Abide Gülel Saralın açıqlamasına görə, Qaziantep 6-cı Sülh Cəza Hakimliyi onun həbsdə saxlanılması qərarını ləğv edib.
Beləliklə, Melih Kunukçu məhkəmə prosesini həbs olunmadan davam etdirəcək.
Vəkil açıqlamasında müvəkkilinin azadlığa çıxmasından məmnun olduqlarını bildirərək, bundan sonrakı məhkəmə prosesinin qanunun aliliyi və təqsirsizlik prezumpsiyası çərçivəsində aparılacağına inandıqlarını qeyd edib.
Nişanlısının azadlığa buraxılmasından sonra müğənni İrem Derici sosial media hesabında ağ göyərçin emojisi paylaşıb.
Dericinin bu paylaşımı Melih Kunukçunun azadlığa çıxmasına işarə kimi qiymətləndirilib və sosial şəbəkələrdə diqqət çəkib.
İradə Elsevər







