Logo

Trampa İranla bağlı xəbərdarlıq: Müharibə illərlə davam edə bilər

Trampa İranla bağlı xəbərdarlıq: Müharibə illərlə davam edə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp müharibənin yaxın zamanda başa çatacağını açıqlasa da, Ağ Evin yüksək səviyyəli müşavirləri müharibənin daha uzun müddət davam edəcəyinə dair xəbərdarlıq ediblər. Onların proqnozuna görə, müharibə Trampın səlahiyyət müddətinin sonuna qədər, yəni 2009-cu ilə kimi davam edəcəyini gözləyirlər.

Sfera.az xəbər verir ki, “Wall Street Journal”ın (WSJ) məlumatına görə, Oval kabinetdə və Ağ Evin Operativ İdarəetmə Otağında keçirilən görüşlərdə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio Donald Trampa vəziyyətlə bağlı qiymətləndirmələrini təqdim ediblər.

ABŞ rəsmilərinin fikrincə, dəniz blokadası və hərbi əməliyyatlara baxmayaraq, Tehran rəhbərliyi Vaşinqtonun təzyiqlərinə müqavimət göstərməyə davam edə bilər.

Bu qiymətləndirmə münaqişənin 2029-cu ilin yanvarına qədər davam edə biləcəyi ehtimalını gündəmə gətirib.

Müzakirələr Trampın müharibənin noyabr ayında keçiriləcək aralıq seçkilərdən dərhal sonra başa çatacağını və İranın daha çox müqavimət göstərə bilməyəcəyini bildirməsindən sonra intensivləşib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR