ABŞ-də vulkan təhlükəsi: 90 mindən çox insan risk altındadır

ABŞ-də vulkan təhlükəsi: 90 mindən çox insan risk altındadır
Kateqoriya məlum deyil
T

ABŞ-nin Vaşinqton ştatında yerləşən Reynir vulkanının ətrafında dağıdıcı dağ axınlarının yaratdığı fəlakət baş verə bilər.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) Vulkan Rəsədxanasının nümayəndəsi Holli Vays-Rasın “RİA Novosti”yə açıqlamasında bildirib.

Mütəxəssis Nepalda avqustun sonunda baş verən hadisəni nümunə göstərib. Belə ki, Nepal və Çin sərhədində buzlağın bir hissəsinin uçması nəticəsində buz, palçıq və daşlardan ibarət güclü axın yaranıb. Axının yaşayış məntəqələrinə çatması nəticəsində azı 1 380 nəfər xəsarət alıb, daha 5 500 nəfər isə itkin düşüb.

Vulkanların yamaclarında yaranan belə palçıq və daş axınları lahar adlanır. Onlar yayılma məsafəsi və dağıdıcı gücünə görə Kaskad dağlarında ən təhlükəli vulkanik hadisələrdən hesab olunur.

Vays-Rasın sözlərinə görə, hazırda Reynir vulkanının ətrafında 90 mindən çox insan risk zonasındadır. Bununla yanaşı, mümkün fəlakətin nəticələri milyonlarla insana təsir göstərə bilər.

Qeyd edək ki, daha əvvəl İndoneziyanın Banten əyaləti yaxınlığında, Anak-Krakatau vulkanının püskürməsi ərazisində beş jurnalist və üç ekipaj üzvünün olduğu qayığın itdiyi barədə məlumat yayılmışdı.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR