Dünyanın əsas buğda istehsalçıları - Onlar olmasa dünya ac qalar

Dünyanın əsas buğda istehsalçıları - Onlar olmasa dünya ac qalar
Kateqoriya məlum deyil
T

2025-ci ildə dünya üzrə 843 milyon ton buğda istehsal edilib.

Sfera.az xarici mənbələrə istinadən xəbər verir ki, bu qədər buğdanın 743 milyon tonunu, yəni 88 faizindən çoxunu Avropa İttifaqı və doqquz ölkə istehsal edib.

Son məlumatlara əsasən, ittifaq ölkələri birlikdə 145,11 milyon ton buğda istehsal edə bilib.

Amma ölkələr üzrə götürdükdə ən böyük buğda istehsalçısı Çindir. Çin 140 milyon ton buğda istehsal edib.

Onu 118 milyon tonla Hindistan, 90,3 milyon tonla Rusiya, 54 milyon tonla ABŞ, 40 milyon tonla Kanada, 36 milyon tonla Avstraliya, 28 milyon tonla Pakistan, 28 milyon tonla Argentina, 24 milyon tonla Ukrayna izləyib.

Bu ölkələrin heç də hamısı buğda ixracı ilə məşğul olmayıb. Ötən il 224 milyon ton buğda ixraca yönəldilib, qalanı yerli istehlak üçün istifadə edilib.

Buğda ixracında lider ölkələr Rusiya (45 milyon ton), Avropa İttifaqı (35 milyon ton), Kanada (25 milyon ton), ABŞ (24 milyon ton), Avstraliya (23 milyon ton) və Ukraynadır (15 milyon ton). Bu ölkələr ümumilikdə 167 milyon ton və ya cəmi ixracın 75 faizi qədərində ixrac həyata keçiriblər.

Dünyada ən çox buğda idxal edən ölkələr isə Misir (13 milyon ton), İndoneziya (13 milyon ton), İtaliya (9 milyon ton), Filippin (8 milyon ton), Əlcəzair (8 milyon ton), Mərekeş (7 milyon ton) və digər ölkələrdir.

Azərbaycan da buğda idxal edən ölkələrdəndir. Ölkəmiz ildə 1,2-1,3 milyon ton buğda idxal edir.

Onu da bildirək ki, dünyanın 194 ölkəsindən yalnız təzminən 20 ölkə özünü yerli istehsal hesabına 100 faiz buğda ilə təmin edə bilir. Daha 5-10 ölkə 100 faiz təminat səviyyəsinə yaxındır.

Ümumilikdə, özünü buğda ilə 100 faiz və daha artıq təmin edə bilən ölkələrin dəqiq sayı hər il hava şəraiti və məhsuldarlıqdan asılı olaraq dəyişsə də, qlobal kənd təsərrüfatı hesabatlarına görə, stabil olaraq təxminən 20-25 ölkə özünü buğda ilə tam təmin edə bilir. Bu ölkələrin böyük hissəsi daxili tələbatı tam ödəməklə yanaşı, həm də dünya bazarına buğda ixrac edir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR