Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...

Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...
Kateqoriya məlum deyil
T

Günəşin fəallığı son iki il ərzində təxminən üç dəfə azalıb. Alimlərin hesablamalarına görə, hazırkı tendensiya davam edərsə, Günəş minimum fəallıq mərhələsinə 2029-cu ildə daxil ola bilər.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Məlumata görə, Günəş fəallığının göstəricisi 2024-cü ilin avqustunda 216 vahid olduğu halda, 2026-cı ilin avqustunda 76 vahidə düşüb. Bu isə son 24 ay ərzində fəallığın demək olar ki, üç dəfə azalması deməkdir.

Alimlər bildiriblər ki, son aylarda Günəş fəallığı proqnozlaşdırılandan daha sürətlə zəifləyir. Belə ki, avqust ayı üçün 90 vahidlik göstərici gözlənilsə də, faktiki nəticə 76 vahid olub. Hazırkı tendensiya davam edərsə, Günəş minimumuna əvvəlki proqnozdan 1-1,5 il tez, yəni 2029-cu ildə çatmaq mümkündür. Bununla yanaşı, alimlər Günəşdə fəallığın yenidən artacağını bildirirlər.

Onların sözlərinə görə, Günəş hazırda əsrlik maksimuma doğru hərəkət edir və bu maksimumun XXI əsrin ortalarında əldə olunacağı gözlənilir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR