Rutte: “Rusiya NATO-nu məğlub etmək istəyir, amma biz birik”

Rusiya NATO-nu məğlub etmək istəyir, lakin Şimali Atlantika Alyansı vahiddir.
Sfera.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Almaniyanın Leypsiq hava limanında baş verən insidentlə bağlı danışarkən deyib.
“Bütün bunlar NATO-nun necə işlədiyini göstərir: biri hamı üçün, hamı biri üçün. Rusiya bizi məğlub etmək istəyir, amma biz birik. Rusiya bizim Ukraynaya yardım etməyimizə mane olmaq istəyir”, –deyə Rutte bildirib.
NATO-nun baş katibi vurğulayıb ki, buna baxmayaraq, alyans Ukraynaya bundan sonra daha çox dəstək göstərəcək.
Qeyd edək ki, daha əvvəl Almaniya hökumətində Ukraynanın Berlindən kifayət qədər silah almaması ilə bağlı narazılığın artdığı bildirilmişdi. Məlumata görə, Kiyevin demək olar ki, yalnız yerli istehsal sistemlərini Almaniyanın maliyyəsi hesabına almağa üstünlük verməsi ilə bağlı tendensiya müşahidə olunur.
İnci
Sfera.az






