Dubay hava limanlarına 17 raket zərbəsi endirilib
Kateqoriya məlum deyil
ABŞ-İran münaqişəsi zamanı Dubay hava limanları da raket hücumlarına məruz qalıb.
Sfera.az xəbər verir ki, bu barədə Dubay Hava Limanlarının baş direktoru Pol Qriffits açıqlama verib.
Onun sözlərinə görə, münaqişə müddətində Dubay hava limanlarına ümumilikdə 17 ballistik raket atılıb.
Qriffits bildirib ki, raket hücumlarından əlavə, hava limanlarında təhlükə sirenləri 111 dəfə işə salınıb. Hadisələr nəticəsində ölən olmayıb. Direktor hücumlar zamanı çox az sayda insanın xəsarət aldığını və onların hamısının sağaldığını qeyd edib.
Bəsti Rəfizadə






