Köhnə “iPhone” modelləri bahalaşdı - Yeni QİYMƏTLƏR

Köhnə “iPhone” modelləri bahalaşdı - Yeni QİYMƏTLƏR
Kateqoriya məlum deyil
T

“Apple” yeni məhsullarını təqdim etdiyi tədbirdən sonra satışda saxladığı əvvəlki nəsil “iPhone” modellərinin qiymətlərini artırıb.

Sfera.az xəbər verir ki, məlumata görə, “Apple” rəsmi olaraq satışını davam etdirdiyi əvvəlki nəsil “iPhone” modellərinin qiymətini 100 dollar artırıb.

Beləliklə, “iPhone 16” modelinin başlanğıc qiyməti 699 dollardan 799 dollara yüksəlib. Bununla da cihazın qiyməti 2024-cü ildə satışa çıxarıldığı dövrdəki başlanğıc qiymətinə qayıdıb.

İlin əvvəlində 599 dollardan satışa çıxarılan “iPhone 17e” modelinin başlanğıc qiyməti 699 dollara yüksəlib. 256 GB yaddaşa malik “iPhone 17” modelinin qiyməti 899 dollara, “iPhone Air” modelinin qiyməti isə 1 099 dollara çatıb.

Aksesuarlarda isə qiymət artımı müşahidə olunmayıb. Məsələn, “AirPods Pro 3” əvvəlki kimi 249 dollardan satışda qalıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR