Çin XİN: Bu, bizə qarşı təzyiqdir

Çin XİN: Bu, bizə qarşı təzyiqdir
Kateqoriya məlum deyil
T

Çin Xarici İşlər Nazirliyi ABŞ-də “Huawei” şirkətinə qarşı başladılan məhkəmə prosesini Çin şirkətlərinə təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.

Sfera.az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qо Szyakunun keçirdiyi brifinqdə məlumat verilib. Diplomat bildirib ki, Çin hökuməti ABŞ-nin Çin şirkətlərinə qarşı təzyiq və məhdudlaşdırma siyasətinə qəti şəkildə qarşıdır.

“Çin hökuməti Çin müəssisələrinə qarşı təzyiq və məhdudlaşdırmaya qətiyyətlə etiraz edir və qanuni və ədalətli maraqlarını qorumaq üçün Çin şirkətlərinin yanında möhkəm dayanır”, – Qо Szyakun bildirib.

Qeyd edək ki, “Huawei” şirkətinə qarşı məhkəmə prosesi sentyabrın 9-da Nyu-York federal məhkəməsində başlayıb. İttiham tərəfi araşdırma zamanı Çin şirkətini ABŞ şirkətlərindən texnologiya və digər işlənmələri oğurlamaqda şübhəli bilinən “cinayətkar müəssisə” adlandırıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR