Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Əlcəzairin dövlət agentliyi "APS" ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Əlcəzair iki ölkə arasında münasibətləri qoruyub saxlamaq üçün bütün imkanların tükənməsindən sonra diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbul edib.
Bununla belə, Əlcəzair hökuməti qərarın konkret səbəbini açıqlamayıb. Məlumata görə, son dövrlərdə Əlcəzair mediasında BƏƏ-nin regionda sabitliyi pozmağa çalışdığı ilə bağlı tənqidi fikirlər səsləndirilib.
Qeyd edək ki, Əlcəzairin qərarı BƏƏ-nin Almaniya ilə münasibətləri dərinləşdirdiyi, enerji, texnologiya və investisiya sahələrində bir neçə milyard dollarlıq yeni razılaşmaların gündəmdə olduğu bir vaxtda açıqlanıb.
İnci
Sfera.az






