Trampdan İranla bağlı gözlənilməz açıqlama

Trampdan İranla bağlı gözlənilməz açıqlama
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin gedişatı ilə bağlı qərar vermək ərəfəsində olduğunu açıqlayıb. O, İranı məhv etmək üçün genişmiqyaslı hücuma başlayıb-başlamamaq barədə düşündüyünü bildirib.

Sfera.az xəbər verir ki, Tramp Axios xəbər platformasına açıqlamasında İranla müharibəni başa çatdırmaq məqsədilə böyük hücum həyata keçirib-keçirməmək barədə qərar verməli olduğunu deyib.

“Qarşıda verməli olduğum mühüm qərar var. Onların üzərinə gedib məhv etmək istəyirəm, yoxsa yox? Bu, böyük qərardır. Mənim üçün hər şey mümkündür”, – deyə Tramp bildirib.

ABŞ lideri gələn həftə Nyu-Yorkda region ölkələrinin liderləri ilə görüşəcəyini vurğulayıb. O, bu görüşün İranla bağlı vəziyyəti daha yaxşı anlamaq baxımından əhəmiyyətli olduğunu qeyd edib.

ABŞ mediasının məlumatına görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman liderlərinin də qatılacağı gözlənilən görüşlə bağlı danışan Tramp bu ölkələrin mövqeyini öyrənmək istədiyini bildirib.

“Onların hansı mövqedə olduqlarını və vəziyyətlərinin necə olduğunu bilmək istəyirəm”, – deyə Tramp qeyd edib. O, ABŞ-ın bu ölkələri hər zaman qoruduğunu iddia edib.

İrana tətbiq edilən dəniz blokadasının ölkənin neft ixracına mane olmasından məmnun olduğunu deyən Tramp bildirib:

“Başladığımız gündən bəri İrana gedən bir dənə də olsun gəmi olmayıb. Cəhd etdilər, amma biz onları havaya uçurduq”.

Tramp, həmçinin İranın ABŞ-la birbaşa əlaqə saxladığını və iranlıların hələ də razılaşma əldə etməyə çox maraqlı olduqlarını bildirib.

Donald Tramp gələn həftə BMT Baş Assambleyasının iclasları çərçivəsində Nyu-Yorkda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb-görüşməyəcəyi ilə bağlı suala “Görüşə bilərəm” cavabını verib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR