Pentaqon UFO-larla bağlı 73 illik gizli materialları açıqladı

ABŞ Müdafiə Nazirliyi – Pentaqon naməlum anomaliyalarla bağlı yeni məxfi materiallar toplusunu yayımlayıb.
Sfera.az xəbər verir ki, açıqlanan məlumatlara son 73 il ərzində toplanmış sənədlər, video və audio yazılar daxil edilib. Ümumilikdə 71 fayl – 55 mətn sənədi, 15 video və bir audioyazı ictimaiyyətə təqdim olunub.
Bu, Pentaqonun naməlum anomaliyaların araşdırılması ilə bağlı açıqladığı tarixi materialların artıq altıncı toplusudur.
Yeni sənədlər arasında 1952-ci ildə qeydə alınmış UFO müşahidələri ilə bağlı məlumatlar da yer alıb. Həmçinin perspektivli aerokosmik texnologiyaların araşdırıldığı "Advanced Aerospace Weapon System Applications Program" (AAWSAP) proqramına aid sənədlər açıqlanıb.
Məlumatlara görə, yayımlanan materiallarda əksini tapan hadisələrin əksəriyyətinə hələ də yekun izah verilməyib. Onlar Pentaqonun sənədlərində naməlum hadisələr kimi qeyd olunur.
Qeyd edək ki, bundan əvvəl Pentaqonun yeni PrSM Inc 2 ballistik raketlərinin hazırlanması üçün 1,2 milyard dollar ayırdığı barədə məlumat yayılmışdı.
İnci
Sfera.az






