Zaxarovadan Qərbə mesaj: “Rusiyanı ləğv etmək mümkün deyil”

Rrusiyanı beynəlxalq səviyyədə “ləğv etmək” cəhdləri iflasa uğradı.
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiyanın beynəlxalq səviyyədə təcrid edilməsi siyasətinin uğursuzluğu artıq aydın görünür.
Zaxarova bildirib ki, jurnalistlər də son vaxtlar Rusiyanın təcrid olunması ilə bağlı sualları demək olar ki, vermirlər.
“Hamı həqiqətən başa düşdü ki, Rusiyanı ləğv etmək mümkün deyil. İstədiklərini etməyə cəhd göstərə bilərlər, bu, onların problemidir. Amma Rusiya olub, var və olacaq”, – deyə diplomat bildirib.
Qeyd edək ki, Zaxarova daha əvvəl Rusiya və Gürcüstan xalqlarının “bir-biri üçün darıxdığını” bildirib. O, iki ölkə arasında diplomatik münasibətlər olmasa da, ticarət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığın davam etdiyini vurğulayıb.
İnci
Sfera.az






