ABŞ-dən müttəfiqlərinə xəbərdarlıq: Silah tədarükü 5 il gecikə bilər

ABŞ-dən müttəfiqlərinə xəbərdarlıq: Silah tədarükü 5 il gecikə bilər
Kateqoriya məlum deyil
T

ABŞ müttəfiqlərinə bəzi əsas silah növlərinin tədarükünün beş ilədək gecikə biləcəyi barədə xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, gecikmələrin əsas səbəbi İranla müharibə zamanı ABŞ ordusunun sursat və digər silah ehtiyatlarından intensiv istifadə etməsi və hazırda həmin ehtiyatların bərpasına çalışmasıdır.

Avropanın bir sıra ölkələri artıq raketlərin, eləcə də hava hücumundan və raket əleyhinə müdafiə sistemlərinin tədarükünün gecikə biləcəyini gözləyir.

Məlumata görə, ABŞ qarşısında iki istiqamətli məsələ dayanır: müttəfiqlərinə verdiyi silah tədarükü öhdəliklərini yerinə yetirmək və eyni zamanda öz hərbi ehtiyatlarını yenidən formalaşdırmaq.

Mümkün gecikmələrin Avropa ölkələrinin ABŞ istehsalı raket və hava hücumundan müdafiə sistemlərinin tədarükünə əsaslanan müdafiə proqramlarına təsir göstərə biləcəyi bildirilir.

ABŞ-nin silah ehtiyatlarının bərpasının illər çəkə biləcəyi, istehsal gücünün həm ölkənin daxili tələbatını, həm də xarici tərəfdaşların əvvəlki sifarişlərini qarşılamaq səviyyəsinə çatmasının vaxt tələb edəcəyi qeyd olunur.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR