Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ

Saçları həddindən artıq sıx yığmaq baş dərisinə və saç köklərinə mənfi təsir göstərə bilər.
Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, saçların davamlı olaraq sıx şəkildə yığılması baş dərisində qan dövranının pozulmasına, saçların nazikləşməsinə və zəifləməsinə səbəb ola bilər.
Bildirilir ki, uzun müddət davam edən bu vərdiş nəticəsində saçların böyüməsi də zəifləyə bilər. Bəzi hallarda insanlar problemin genetik olduğunu düşünsələr də, saçların gündəlik olaraq dartılması və travmatik formada yığılması da əsas amillərdən biri hesab olunur.
Mütəxəssislər saçları sıx topuz əvəzinə daha sərbəst və aşağı formada yığmağı tövsiyə edirlər. Sıx rezinlər əvəzinə yumşaq saç aksesuarlarından istifadə etmək, həftə ərzində bir neçə gün saçları açıq saxlamaq və ya yüngül hörüklərə üstünlük vermək məsləhətdir.
Həmçinin saçları hər gün eyni istiqamətdə yığmamaq, at quyruğunun yerini dəyişmək saçın müxtəlif nahiyələrinə düşən gərginliyi azaltmağa kömək edə bilər.
Axşam saatlarında isə saçları yumşaq şəkildə daramaq, baş dərisinə yüngül masaj etmək və saçların nazikləşməsinin ilk əlamətləri zamanı uyğun qulluq vasitələrindən istifadə etmək tövsiyə olunur.
İnci
Sfera.az






