Fələstinə dəstək : Ed Şiranın turunda bütün ifaçılar geri çəkildi

Fələstinə dəstək : Ed Şiranın turunda bütün ifaçılar geri çəkildi
Kateqoriya məlum deyil
T

Britaniyalı müğənni Ed Şiranın turu qalmaqalla gündəmə gəlib.

Sfera.az xəbər verir ki, müğənninin turunda çıxış edən bütün dəstək ifaçıları Fələstinə dəstək ifadə etdiyi üçün proqramdan çıxarılan repçi Maklemorla həmrəylik nümayiş etdirərək səhnəyə çıxmaqdan imtina edib.

Qeyd olunur ki, Maklemor konsert zamanı səhnədən “Fələstinə azadlıq” ifadəsini səsləndirib. Bundan sonra onun tur proqramından çıxarıldığı bildirilib.

Ed Şiran isə Maklemorun proqramdan çıxarılması qərarının turun promouteri tərəfindən verildiyini vurğulayıb.

Bütün dəstək ifaçılarının iştirakdan imtina etməsinə baxmayaraq, Ed Şiranın şənbə günü turunu davam etdirəcəyi və konsertdə böyük ehtimalla tək çıxış edəcəyi gözlənilir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR