Qusman öldü

Qusman öldü
Kateqoriya məlum deyil
T

Dünya şöhrətli çilili sənədli film rejissoru Patrisio Qusman 86 yaşında Parisdə vəfat edib.

Sfera.az xəbər verir ki, Qusman karyerasının böyük hissəsini doğma ölkəsi Çilidə baş verən siyasi hadisələrə, hərbi çevrilişə, diktatura dövrünə və həmin proseslərin təsir etdiyi insanların həyatına həsr edib.

1941-ci il avqustun 11-də Santyaqoda anadan olan rejissor 1970-ci illərdə Çilidəki siyasi böhranı əks etdirən üçhissəli “Çili uğrunda mübarizə” sənədli filmi ilə dünya şöhrəti qazanıb.

Qusmanın kamerası prezident Salvador Alyendenin hakimiyyəti dövründə ölkədəki siyasi qarşıdurmanı, kütləvi nümayişləri və 1973-cü il sentyabrın 11-də baş verən hərbi çevrilişi lentə alıb.

Auqusto Pinoçetin hakimiyyətə gəlməsindən sonra Qusman və çəkiliş qrupu həbs edilib. Azadlığa çıxdıqdan sonra rejissor Çilini tərk edib və çəkdiyi materialları özü ilə aparıb.

Patrisio Qusman yaradıcılığı ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR