Rusiyadan Trampın sanksiyalarına CAVAB

Rusiyalı deputat Dmitri Medvedevin ABŞ-yə qarşı “hərbi çəkindirmə” dilindən istifadə ilə bağlı açıqlamasının ölkəyə hücum mesajı olmadığını bildirib.
Sfera.az xəbər Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Medvedevin ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara cavab olaraq “hərbi çəkindirmə dili”ndən istifadə edilməli olduğu barədə fikirlərini şərh edib.
Kolesnik bildirib ki, “hərbi çəkindirmə” ifadəsi Rusiyanın müdafiə qabiliyyətinin və ölkə ərazisindəki silah sistemlərinin gücləndirilməsini nəzərdə tutur.
“Bu, ABŞ-yə hücumun xəbərçisi deyil”, – deyə deputat qeyd edib.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalarına cavab olaraq “hərbi çəkindirmə dili”ndən istifadə edilməli olduğunu söyləyib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənəddə Rusiya ilə bağlı bir sıra sanksiyalar, gömrük rüsumları və məhdudiyyətlər, həmçinin İrana qarşı sanksiyalar haqqında qanunun müddətinin uzadılması nəzərdə tutulur.
İnci
Sfera.az





