ABŞ və Danimarka Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılığa gəldi

ABŞ və Danimarka Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılığa gəldi
Kateqoriya məlum deyil
T

ABŞ və Danimarka Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılığa gəlib.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Tramp bildirib ki, əldə olunan razılaşma Vaşinqtona Qrenlandiyanın təhlükəsizliyi məsələsində “daimi nəzarət” imkanı verəcək. Onun sözlərinə görə, bundan sonra ABŞ-ın açıq yazılı razılığı olmadan heç bir rəqib dövlət Qrenlandiyada hərbi baza yarada, hərbi kontingent yerləşdirə və ya həssas investisiyalar həyata keçirə bilməyəcək.

Danimarkanın Baş naziri Mette Frederiksen isə razılaşmanı Qrenlandiya, Danimarka Krallığı və ABŞ üçün faydalı adlandırıb. O, sənədin Danimarkanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıdığını bildirib.

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nielsen də razılaşmanı alqışlayaraq onun adanın təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəyini deyib.

Sənədin gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində imzalanması gözlənilir.

Qeyd edək ki, Donald Tramp 2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra Qrenlandiyaya nəzarətin ABŞ üçün milli təhlükəsizlik baxımından vacib olduğunu dəfələrlə bəyan edib. Bu mövzu Avropada da ciddi narahatlıq yaradıb və Arktikanın təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Hazırda Qrenlandiyada ABŞ-a məxsus yalnız bir hərbi obyekt – Pituffik Kosmik Bazası fəaliyyət göstərir. Baza raket hücumlarının xəbərdar edilməsi, raketdən müdafiə və kosmik müşahidə missiyalarında istifadə olunur.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR