Zaxarova: “Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb”

Zaxarova: “Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb”
Kateqoriya məlum deyil
T

Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb.

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya ilə Gürcüstan arasında viza məhdudiyyətlərinin aradan qaldırılmasını şərh edərkən deyib.

Zaxarovanın sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlər olmasa da, Rusiya və Gürcüstan ticarət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığı davam etdirir.

O bildirib ki, Gürcüstan Rusiya vətəndaşlarını turist kimi ölkədə böyük qonaqpərvərliklə qarşılayır. Rusiya da gürcü vətəndaşları üçün açıqdır və turist, biznes və humanitar məqsədlərlə ölkəyə səfərləri, eləcə də beynəlxalq tədbirlərdə iştirakları üçün imkan yaradır.

Xatırladaq ki, Rusiya 15 may 2023-cü ildə Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Bundan sonra Gürcüstan vətəndaşları Rusiyaya 90 günədək vizasız səfər edə bilirlər. Həmin vaxt Tbilisiyə birbaşa aviareyslərə qoyulan məhdudiyyət də aradan qaldırılıb.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci il müharibəsindən sonra kəsilib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR