Nebahat Çehredən duyğusal paylaşım

Nebahat Çehredən duyğusal paylaşım
Kateqoriya məlum deyil
T

“Aşk-ı Memnu” serialında “Arsen xanım” obrazı ilə tanınan məşhur aktrisa Gülsen Tuncer 81 yaşında dünyasını dəyişib.

Tanınmış sənətçinin vəfatı ailəsi ilə yanaşı, sənət dostlarını və pərəstişkarlarını da kədərə boğub. Gülsen Tuncerin ölümündən sonra sənət dünyasının tanınmış simaları sosial şəbəkələrdə onunla bağlı vida mesajları paylaşıblar.

Sfera.az xəbər verir ki, Tuncerin həmkarı və yaxın dostu Nebahat Çehre də onun vəfatından sonra duyğusal paylaşım edib.

Çehre illər ərzində birlikdə çalışdığı dostu ilə bağlı bu sözləri yazıb:

“Çox üzgünəm… İllər keçdikcə eyni yolu paylaşdığımız insanlarla vidalaşmaq daha da çətinləşir. Əziz Gülsen, birlikdə keçirdiyimiz gözəl günləri və xatirələrimizi həmişə sevgi ilə xatırlayacağam. Rahat uyu…”

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR