Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ

Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Duzlu qidalar arterial təzyiqin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir.

Sfera.az xəbər verir ki, bunu “SberZdorovye” tibb şirkətinin kardioloqu Ella Vinogradova “RT”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, çips, fastfud, marinadlar, turşular, duzlu balıq, əksər pendir növləri və kələm turşusu yüksək miqdarda duz ehtiva edən məhsullardır.

Həkim bildirib ki, orqanizmə həddindən artıq duz daxil olduqda maye tutulması baş verir. Bu isə qan dövranında olan mayenin həcmini artıraraq arterial təzyiqin yüksəlməsinə səbəb olur.

Vinogradova əlavə edib ki, ağ şəkər və ağ undan hazırlanan məhsullar kimi rafinə edilmiş karbohidratlarla zəngin qidalar da təzyiqin artmasına təsir göstərə bilər. O, belə məhsulların gündəlik rasionun 10 faizindən azını təşkil etməsini tövsiyə edib.

Qeyd edək ki, daha əvvəl kardioloq German Qandelman hipertoniyadan əziyyət çəkən insanlar üçün faydalı olan mövsümi məhsulun adını açıqlayıb. Onun sözlərinə görə, böyürtkən tərkibindəki qida lifləri sayəsində natriumun qana sorulmasını məhdudlaşdırmağa və arterial təzyiqin azalmasına kömək edə bilər.

İnci

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR