Sonuncu dəfə namizəd olacaq...

Sonuncu dəfə namizəd olacaq...
Kateqoriya məlum deyil
T

Türkiyədə növbəti prezident və parlament seçkilərinin 2028-ci ildə keçiriləcəyi açıqlanıb.

Sfera.az xəbər verir ki, Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum seçkilərin 2027-ci ilin son rübündə keçirilməsi ehtimalının aşağı olduğunu bildirib.

Onun sözlərinə görə, seçkilərin 2028-ci il aprelin 16-da keçirilməsi mümkündür. Uçum bu tarixin simvolik əhəmiyyət daşıdığını qeyd edib. Belə ki, 2017-ci il aprelin 16-da Türkiyədə prezident üsul-idarəsinə keçidlə bağlı referendum keçirilib.

“Ərdoğan sonuncu dəfə namizəd olacaq”, – deyə Uçum bildirib.

Türkiyənin ədliyyə naziri Akın Gürlek də 2028-ci ildə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi üçün seçkilərin keçiriləcəyini deyib.

Nazir seçkilərlə bağlı təşkilatların və tərəfdarların üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb. O, tərəfdarları Ərdoğanın rəhbərliyi altında “Türkiyə əsri” siyasətinin davam etdirilməsi üçün çalışmağa çağırıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR