Xərçəngdən qoruyan “möcüzəvi qida” varmı? – Onkoloq açıqladı

Heç bir qida məhsulu xərçəng hüceyrələrini məhv etmək və ya xərçəngin yaranmasının qarşısını 100 faiz almaq xüsusiyyətinə malik deyil.
Sfera.az xəbər verir kin, okoloq, tibb elmləri namizədi Anastasiya Fatyanova bildirib ki, “superqida” anlayışı daha çox marketinq sahəsinə aiddir və tibbi termin hesab olunmur.
Onun sözlərinə görə, bununla belə, qidalanma xərçəng riskinə təsir göstərə bilər. Bəzi məhsulların tərkibindəki bioloji aktiv maddələr orqanizmdə oksidləşdirici stressi və xroniki iltihabı azaltmağa kömək edə bilər. Həkim bu iki amilin bədxassəli hüceyrələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
Mütəxəssis vurğulayıb ki, xərçəngin profilaktikasını ayrı-ayrı məhsullar üzərində qurmaq düzgün deyil. Riskin azaldılması üçün balanslaşdırılmış qidalanma ilə yanaşı, müntəzəm fiziki aktivlik, 7-8 saatlıq yuxu, siqaretdən uzaq durmaq və alkoqoldan sui-istifadə etməmək də vacibdir.
Həkim bildirib ki, hətta sağlam həyat tərzi belə xərçəngə qarşı tam zəmanət vermir. Buna görə də mütəmadi tibbi müayinələrdən keçmək və həkim nəzarətində olmaq vacibdir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın baş onkoloqu Andrey Kaprin siqaret çəkmə, piylənmə və diabetin onkoloji xəstəliklərin inkişaf riskini artıran amillər sırasında olduğunu açıqlamışdı.
İnci
Sfera.az






