Paşinyanın kafedəki görüntüləri gündəm oldu - FOTO

Kateqoriya məlum deyil
T
Ermənistanın Baş naziri Nikol Paşinyan kafelərdən birində noutbukla işləyərkən görüntülənib.
Sfera.az xəbər verir ki, görüntülər yerli mediada yayımlanıb.
Kadrlarda Paşinyanın kafedə tək oturaraq noutbukla işlədiyi görünür. O, sifarişinin ödənişini mobil telefon vasitəsilə həyata keçirib.
Görüntülərin çəkilişində müxtəlif rakurslardan istifadə olunub. Paşinyanın kafedə rəsmi geyimdə – qara şalvar, köynək və bordo qalstukla olduğu diqqət çəkib.
Yerli mediada yayılan məlumatda çəkilişin təsadüfi şəxslər tərəfindən deyil, baş nazirin operatoru tərəfindən aparıldığı qeyd olunub.
Qeyd edək ki, Paşinyan son dövrlərdə sosial şəbəkələrdə gündəlik həyatından müxtəlif görüntülər də paylaşıb.
İnci

Açar sözlər:






