Aİ AliExpress-i 550 milyon avro cərimələyib
Avropa İttifaqı (Aİ) Çin mənşəli onlayn ticarət platforması AliExpress-i 550 milyon avro (təxminən, 1,1 milyard manat) məbləğində cərimələyib. Sfera.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Məlumata görə, Avropa Komissiyası platformanın qanunsuz, təhlükəli və saxta məhsulların satışından irəli gələn riskləri lazımi şəkildə qiymətləndirmədiyi və bu risklərin qarşısını almaq üçün kifayət qədər tədbirlər görmədiyi qənaətinə gəlib. Araşdırma zamanı müəyyən edilib ki, moderatorların