ABŞ-İran qarşıdurmasında 100-ə yaxın amerikalı hərbçi yaralanıb

Kateqoriya məlum deyil
T
ABŞ-İran qarşıdurmasının bu mərhələsində təxminən 100 amerikalı hərbçi yaralanıb. Məlumata görə, yaralanan hərbçilərin hamısı Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarında xidmət edib.
Sfera.az "CBS News"a istinadən xəbər verir ki, hərbçilər həmin bazalara İran tərəfindən həyata keçirilən hücumlar nəticəsində xəsarət alıblar.
Yaralananların əksəriyyətinin vəziyyətinin yaxşı olduğu və artıq xidmətə qayıtdığı bildirilib. Pentaqonun sözçüsü vəzifəsini icra edən Şon Parnell məlumatı təsdiqləyərək qeyd edib ki, xəsarət alan hərbçilərin böyük hissəsində beyin silkələnməsi qeydə alınıb.
İnci
Sfera.az
