İsrail ABŞ-ni İranla müharibəyə çağırır

İsrail ABŞ-ni İranla müharibəyə çağırır
Kateqoriya məlum deyil
T

İsrail ABŞ administrasiyasını İrana qarşı yenidən genişmiqyaslı hərbi zərbələr endirməyə razı salmağa çalışır. Ölkə bunun üçün yeni kəşfiyyat məlumatları təqdim edib.

Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.


Məlumata görə, İsrail xüsusi xidmət orqanları ABŞ-yə İranın uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaları Natanz yaxınlığındakı Kirka dağı altında yerləşən yeraltı tunellərə köçürdüyü barədə kəşfiyyat məlumatı ötürüb. Bildirilib ki, həmin tunellərin dərinliyi təxminən 140 metrə çatır.


Nəşrin yazdığına görə, İsrail rəhbərliyi hesab edir ki, bu məlumat Vaşinqtonun İrana münasibətdə atacağı növbəti addımlara təsir göstərə və ABŞ-ni daha güclü zərbələr endirməyə sövq edə bilər. Təl-Əvivin məqsədinin İranın raket potensialını daha da zəiflətmək və ölkənin nüvə proqramı ilə əlaqəli obyektləri tamamilə sıradan çıxarmaq olduğu qeyd edilib.


WSJ xatırladıb ki, bu ilin yazında və 2025-ci ilin iyununda həyata keçirilən əvvəlki hücumlar zamanı Kirka dağı ətrafındakı ərazi prioritet hədəflər siyahısına daxil edilməyib.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ