İl ərzində bu məhsulların idxalı azalıb - Deputatdan AÇIQLAMA
"Azərbaycanda 2026-cı ilin ilk beş ayında qeyri-neft-qaz idxalının kəskin azalması valyutanın ölkədə qalmasına, ixracın artması isə ölkəyə daha çox valyuta daxil olmasına imkan yaradıb". Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov şəxsi Feysbuk hesabında yazıb. Millət vəkili bildirib ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft-qaz idxalı real ifadədə 45,4 faiz azalıb. Həmin dövrdə qeyri-neft-qaz ixracı isə 3,7 dəfə artıb. Onun sözlərinə görə, idxalın