Messi açıqladı: "Bu, sondur"

Messi açıqladı: "Bu, sondur"
Kateqoriya məlum deyil
T

Argentina millisinin kapitanı və dünya futbolunun canlı əfsanəsi Lionel Messi yığma komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalist Ernan Kastilyo sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, 39 yaşlı hücumçu Dünya çempionatının final oyunundan sonra paltardəyişmə otağında komanda yoldaşlarına müraciət edərək, Argentina millisində son oyununu keçirdiyini bildirib.

Qeyd edək ki, Dünya çempionatının finalında Argentina millisi İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq çempionluq titulunu əldən verib. Qarşılaşmadan sonra Messinin yığmadakı gələcəyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülsə də, futbolçunun komanda yoldaşlarına etdiyi çıxış bu müzakirələrə son qoyub.

Lionel Messi uzun illər Argentina millisinin formasını geyinərək komandanın ən böyük uğurlarında əsas pay sahibi olub. O, milli komanda ilə dünya çempionluğu, Amerika Kuboku və Finalissima titulunu qazanaraq ölkə futbolunun tarixində silinməz iz qoyub.

Messinin qərarı hələlik Argentina Futbol Assosiasiyası tərəfindən rəsmi şəkildə təsdiqlənməsə də, bu xəbər dünya futbol ictimaiyyətində geniş rezonans doğurub.

İnci

Sfera.az

PAYLAŞ