Ən romantik və ən lider ruhlu bürc - Astroloqlar açıqladı

Bürclərin xarakter xüsusiyyətləri hər zaman maraq doğurur. Bəziləri sevgidə romantikliyi ilə seçilir, bəziləri isə inadkarlığı və liderlik ruhu ilə diqqət çəkir. Astroloqların fikrincə, hər bürcün digərlərindən fərqləndirən özünəməxsus “ən”i var.
Sfera.az bürclərin ən çox danışılan xüsusiyyətlərini təqdim edir:
Qoç ən cəsarətli və risk etməyi sevən bürcdür.
Buğa ən səbirli, eyni zamanda ən inadkar bürclərdən sayılır.
Əkizlər ən ünsiyyətcil və dəyişkən xarakterə malikdir.
Xərçəng ən qayğıkeş və ailəsinə bağlı bürc hesab olunur.
Şir ən lider ruhlu və diqqət mərkəzində olmağı sevən bürcdür.
Qız ən məsuliyyətli, detallara fikir verən və mükəmməlliyyətçi bürcdür.
Tərəzi ən diplomatik və ədalət hissi güclü olan bürc kimi tanınır.
Əqrəb ən sirli, ehtiraslı və qısqanc bürclərdən biridir.
Oxatan ən azad ruhlu və macərapərəst bürcdür.
Oğlaq ən çalışqan, məqsədyönlü və intizamlı bürc hesab edilir.
Dolça ən fərqli düşünən, yenilikçi və yaradıcı bürcdür.
Balıqlar ən romantik, həssas və güclü intuisiyaya sahib bürc kimi göstərilir.
Bəsti Rəfizadə
Sfera.az
