Əraqçi: "Türkiyə İranı parçalanmağa qoymadı"

Əraqçi: "Türkiyə İranı parçalanmağa qoymadı"
Kateqoriya məlum deyil
T

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İrana hücumları zamanı ölkənin parçalanması planının baş tutmamasında Türkiyənin mühüm rol oynadığını bildirib.


Sfera.az xəbər verir ki, nazir televiziya proqramında çıxışı zamanı Türkiyənin İranın ərazi bütövlüyünü dəstəkləyən qəti mövqe sərgilədiyini və bu istiqamətdə diplomatik səylər göstərdiyini deyib.


Əraqçinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hücumların dördüncü günündə İraq Kürd Regional Rəhbərliyinin liderləri ilə əlaqə saxlayıb. O isə həmin axşam Məsud Bərzani və Bəfəl Təlabani ilə danışaraq, Kürdüstan bölgəsindən İrana qarşı hər hansı təhlükə yaranacağı təqdirdə cavab veriləcəyini bildirib.


Nazir qeyd edib ki, eyni axşam Türkiyənin xarici işlər naziri Hakan Fidanla da telefon danışığı aparıb.


“Onlar həm amerikalılarla danışdılar, həm də bu məsələdə çox qətiyyətli mövqe nümayiş etdirdilər. Bütün bu səylər İranın parçalanması və ölkədə daxili qarşıdurma yaradılması planının iflasa uğramasına səbəb oldu”, - deyə Əraqçi vurğulayıb.


İranın baş diplomatı, həmçinin devrilmiş şah Məhəmməd Rza Pəhləvinin sürgündə yaşayan oğlu Rza Pəhləvinin İsrailə səfəri zamanı israilli rəsmilərlə görüşündə ölkənin bölünməsi ilə bağlı təklif irəli sürdüyünü iddia edib.
Əraqçinin sözlərinə görə, İranı parçalamaq, mövcud hakimiyyəti devirmək və ölkədə daxili qarışıqlıq yaratmaq üçün planlar hazırlanmışdı, lakin bu cəhdlər nəticəsiz qalıb.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ