Aİ AliExpress-i 550 milyon avro cərimələyib

Aİ AliExpress-i 550 milyon avro cərimələyib
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) Çin mənşəli onlayn ticarət platforması AliExpress-i 550 milyon avro (təxminən, 1,1 milyard manat) məbləğində cərimələyib.


Sfera.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.


Məlumata görə, Avropa Komissiyası platformanın qanunsuz, təhlükəli və saxta məhsulların satışından irəli gələn riskləri lazımi şəkildə qiymətləndirmədiyi və bu risklərin qarşısını almaq üçün kifayət qədər tədbirlər görmədiyi qənaətinə gəlib.


Araşdırma zamanı müəyyən edilib ki, moderatorların fəaliyyətinə baxmayaraq, AliExpress-də təhlükəli oyuncaqlar, sağlamlıq üçün risk yaradan kosmetik vasitələr və digər qanunsuz məhsullar geniş şəkildə satışda qalıb. Hətta bəzi hallarda qaydaları pozduğu bildirilsə belə, həmin elanlar həftələrlə platformadan silinməyib.


Qeyd edək ki, bu qərar Avropa İttifaqının dəyəri 150 avrodan aşağı olan bağlamalara tətbiq edilən yeni 3 avroluq rüsum qərarından cəmi bir neçə gün sonra açıqlanıb. Yeni qaydaların AliExpress, Shein və Temu kimi Çin onlayn ticarət platformalarının biznes modelinə ciddi təsir göstərəcəyi bildirilir.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ