Son illərin böyük problemi: Uşaqların gec danışmasının səbəbləri

Son illərin böyük problemi: Uşaqların gec danışmasının səbəbləri
Kateqoriya məlum deyil
T

Son illər valideynlər uşaqların gec dilaçmasından şikayətlənirlər. Valideynlərin bildirdiyinə görə, uşaqlar əvvəlki nəsillərlə müqayisədə daha gec danışmağa başlayırlar. Mütəxəssislər bunun uşağın inkişafına təsir edən müxtəlif amillərlə bağlı ola biləcəyini vurğulayırlar.

Sfera.az xəbər verir ki, loqoped-psixoloq Günel Fərzəliyeva bildirib ki, son illərdə uşaqlarda nitqin gec inkişaf etməsi halları daha çox müşahidə olunur.

Onun sözlərinə görə, uşağın nitq bacarığı əsasən canlı ünsiyyət, göz təması, oyun və gündəlik söhbətlər vasitəsilə formalaşır. Mütəxəssis bildirib ki, bu ünsiyyət kifayət qədər olmadıqda uşağın söz ehtiyatının və danışıq bacarıqlarının inkişafı ləngiyə bilər:

"Valideynlərin məşğul olması, uşaqlarla kifayət qədər söhbət etməməsi, birgə oyunların azalması və kitab oxuma vərdişinin zəifləməsi də nitqin gecikməsinə təsir edən əsas səbəblər sırasındadır”.

G. Fərzəliyeva vurğulayıb ki, bəzi hallarda nitq gecikməsi eşitmə problemləri və ya digər inkişaf xüsusiyyətləri ilə bağlı olur. Onun fikrincə, buna görə də hər bir hal ayrıca qiymətləndirilməli, gecikmə yalnız bir səbəblə əlaqələndirilməməlidir:

“Hər uşaq fərqli inkişaf etsə də, valideynlər övladları ilə daha çox danışmalı, onlara suallar verməli, birlikdə oyun oynamalı və kitab oxumalıdırlar. Onun sözlərinə görə, uşağın nitq inkişafında ən vacib amil canlı və davamlı ünsiyyətdir”.

İradə Elsevər
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR