Bu iki ölkə Avropa İttifaqına üzv olacaq

Bu iki ölkə Avropa İttifaqına üzv olacaq
Kateqoriya məlum deyil
T

İslandiya və Monteneqro eyni vaxtda Avropa İttifaqına üzv ola bilər.

Sfera.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İslandiya bu ayın sonunda Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpasına səs verərsə, Reykyavikin Aİ-yə qoşulması cəmi bir-iki il çəkə bilər.

"İslandiya Avropa İqtisadi Məkanı (AİM) və Şengen zonasının üzvü olduğu üçün xüsusi hal hesab olunur. Əgər Reykyavik avqustun 29-da danışıqların bərpasına qərar versə, proses bir və ya iki il ərzində başa çata bilər", – deyə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib.

Avropa Komissiyasının adının açıqlanmasını istəməyən digər rəsmisi isə İslandiya və Monteneqronun eyni vaxtda Aİ-yə qəbulunun real ssenari olduğunu deyib. Onun sözlərinə görə, İslandiyanın yüksək iqtisadi potensialı ölkənin Aİ büdcəsinə xalis donor olmasına imkan verəcək və bu, blokun ən kasıb üzvlərindən biri olacaq Monteneqronun üzvlüyünün maliyyə yükünü qismən kompensasiya edə bilər.

Qeyd edək ki, iyunun 5-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Monteneqronun Avropa İttifaqına inteqrasiya prosesində artıq son mərhələyə yaxınlaşdığını bəyan etmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR