Bu biznes milyonlar qazandırır

Bu biznes milyonlar qazandırır
Kateqoriya məlum deyil
T

Tarakanlar çoxlarının gözündə evdən uzaq tutulmalı olan zərərvericilərdir. Lakin dünyanın bəzi ölkələrində bu həşəratlar artıq milyonlarla manat dəyərində olan gəlirli bir sahənin əsasını təşkil edir.

Sfera.az xəbər verir ki, tarakan və digər həşərat növlərini xüsusi şəraitdə yetişdirən müəssisələr diqqətçəkən gəlirlər əldə edir.

Sənayedə fəaliyyət göstərən həşərat yetişdirmə müəssisələrinin illik dövriyyəsi 500 min dollardan 2 milyon dollara qədər dəyişir. Bu da onların hər il böyük məbləğdə gəlir əldə etdiyini göstərir.

Mütəxəssislərin fikrincə, bu sahənin sürətlə inkişaf etməsinin əsas səbəblərindən biri dünyada davamlı zülal mənbələrinə tələbatın artmasıdır. Ənənəvi heyvandarlığa alternativ istehsal modellərinə marağın yüksəlməsi nəticəsində həşərat yetişdirilməsi son illərin ən perspektivli sahələrindən birinə çevrilib.

Hazırda yetişdirilən tarakanlar və digər həşəratlar əsasən yem sənayesində, ev heyvanları üçün qida istehsalında, eləcə də üzvi gübrələrin hazırlanmasında istifadə olunur. Məhz bu sahələrdə artan tələbat həşərat yetişdirilməsi biznesinin gəlirliliyini əhəmiyyətli dərəcədə artırıb.

Tarakanlar, xüsusən də eqzotik heyvan saxlayanlar üçün vacib yem mənbəyi hesab olunur. Onlara müntəzəm tələbat var, çünki sürünənlər, bəzi quş növləri və böyük hörümçəklər üçün yüksək proteinli təbii qida mənbəyidirlər.

Həşəratlardan əldə edilən zülal unu, xüsusən də balıqçılıq təsərrüfatlarında yemin vacib bir hissəsinə çevrilib. Bundan əlavə, quşçuluq və ev heyvanları yemində həşərat zülalına getdikcə daha çox üstünlük verilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR