Polşa Ukrayna səmasında raketlərin vurulmasını müzakirə edir

Polşada Ukrayna səmasında raketlərin məhv edilməsi məsələsi müzakirəyə çıxarılmalıdır.
Sfera.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski PAP agentliyinə açıqlamasında bildirib.
"Biz bu mərmilərin Ukrayna səmasında vurulmasının, onların sonradan Polşa ərazisinə təhlükə yaratmasından daha məqsədəuyğun olub-olmadığını müzakirə etməliyik. Bu, çox ciddi müzakirə tələb edən mövzudur və partiyalararası siyasi rəqabətin girovuna çevrilməməlidir", – deyə nazir vurğulayıb.
Sikorski əlavə edib ki, hazırda Ukraynanın Rusiyanın ballistik raketlərinə qarşı effektiv müdafiə imkanları məhduddur.
Qeyd edək ki, iyulun 30-da Polşanın Baş naziri Donald Tusk qarşıdakı 100 günün Ukraynadakı münaqişənin taleyi baxımından həlledici ola biləcəyini bildirmişdi.
İnci
Sfera.az






