“Kəndə köçəcəyəm”

“Kəndə köçəcəyəm”
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur pop müğənnisi Serdar Ortaç gələcəklə bağlı planlarından danışıb. Sənətçi həm musiqi karyerasını nə vaxt başa vurmağı düşündüyünü, həm də təqaüd həyatını necə təsəvvür etdiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, yeni təqdim etdiyi mahnının klip çəkilişi zamanı jurnalistlərin suallarını cavablandıran Serdar Ortaç qarşıdakı 4-5 il ərzində fəaliyyətini davam etdirməyi planlaşdırdığını bildirib.

Müğənni hər il 10 mahnı təqdim edərək yaradıcılıq planını tamamlamaq istədiyini deyib:

“Bir mahnı artıq çıxdı, ötən həftə daha üç mahnı təqdim etdim. Altı mahnım qalıb. Hər il 10 mahnı təqdim edəcək şəkildə plan qurmuşam.”

56 yaşlı sənətçi təqaüddən sonrakı həyatını isə sakit və sadə şəkildə keçirmək istədiyini vurğulayıb.

“Bir kənddə yaşayacağam, qəhvəmi içəcəyəm. Yanımda üç-beş dost, iki-üç ailə olacaq. Həyat belə keçəcək.” deyə Serdar Ortaç bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR