ABŞ-İran gərginliyi enerji şirkətlərinin gəlirlərini artırdı

Yaxın Şərqdə baş verən ABŞ-İran gərginliyi fonunda neft qiymətlərinin yüksəlməsi qlobal iqtisadiyyatda inflyasiya və yüksək faiz narahatlıqlarını artırarkən, dünyanın ən böyük enerji şirkətlərinin gəlirlərində də ciddi artım qeydə alınıb.
Sfera.az xəbər verir ki, artan neft və təbii qaz qiymətləri fonunda bir sıra beynəlxalq enerji nəhəngləri ikinci rüb üzrə rekord maliyyə nəticələri açıqlayıblar.
Böyük Britaniyanın enerji şirkəti BP cari ilin ikinci rübündə mənfəətini illik müqayisədə təxminən 150 faiz artıraraq 5,7 milyard dollara çatdırıb. Şirkətin gəlirlərinin artmasına neft və qaz qiymətlərinin bahalaşması, eləcə də neft emalı marjalarının yüksəlməsi əsas təsir göstərib.
Səudiyyə Ərəbistanının milli neft şirkəti Aramco da ikinci rübdə mənfəətinin 33 faiz artdığını açıqlayıb. Şirkətin mənfəəti analitiklərin 31,1 milyard dollarlıq proqnozunu da üstələyib.
Bundan əvvəl ABŞ-ın ExxonMobil və Chevron, eləcə də Shell şirkətləri də ikinci rüb üzrə güclü maliyyə nəticələri açıqlayıb. Məlumata görə, ExxonMobil və Shell xalis mənfəətlərini təxminən iki dəfə artırıb, Chevron isə eyni dövrdə mənfəətini beş dəfə yüksəldib.
Enerji bazarında qiymət artımının əsas səbəblərindən biri kimi Yaxın Şərqdəki geosiyasi gərginlik göstərilir. Mütəxəssislər hesab edirlər ki, neft qiymətlərindəki yüksəliş enerji şirkətlərinin gəlirlərini artırsa da qlobal iqtisadiyyatda inflyasiya risklərini gücləndirməyə davam edir.
Mənsumə






