Bir ailə yayda nə qədər əlavə xərcə düşür? - RƏQƏMLƏR
Yay ayları bir çox ailə üçün istirahət, gəzinti və dəniz mövsümü olsa da, bu dövr ailə büdcəsinə ciddi yük də gətirir. İsti havalarda kondisionerin daha çox işləməsi, sərinləşdirici içkilər və dondurma, mövsümi meyvələr, çimərlik, restoran, uşaqların əyləncəsi və əlavə nəqliyyat xərcləri üç ay ərzində kifayət qədər böyük məbləğə çevrilir. Sfera.az xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində adambaşına orta aylıq 525,7 manatlıq alış-veriş qeydə alınıb.