Bu bürclərə pul yolu açılır

Ulduzların mövqeyi bəzi bürclər üçün maliyyə baxımından daha əlverişli dövrə işarə edir.
Yaxın günlərdə gözlənilməz gəlir, yeni qazanc imkanı və ya işlə bağlı müsbət xəbər gündəmə gələ bilər.
Sfera.az pul qazanmaq baxımından şanslı olacaq bürcləri oxucularına təqdim edir.
Buğa – Maddi məsələlərdə rahatlama yaşaya bilərsiniz. Gözlədiyiniz ödəniş və ya əlavə gəlirlə bağlı sevindirici xəbər alma ehtimalınız var.
Şir – İş həyatında yeni imkanlar qarşınıza çıxa bilər. Əlavə qazanc gətirəcək təklif diqqətinizi çəkə bilər.
Tərəzi – Uzun müddətdir planlaşdırdığınız maliyyə məsələsində irəliləyiş mümkündür. Qarşınıza çıxan fürsəti düzgün dəyərləndirmək vacibdir.
Oğlaq – Əziyyətinizin qarşılığını almağa başladığınız bir mərhələyə keçə bilərsiniz. Yeni layihə və ya iş təklifi büdcənizə müsbət təsir göstərə bilər.
Dolça – Gözləmədiyiniz bir mənbədən maddi dəstək və ya gəlir əldə etmək ehtimalınız var. Lakin xərclərinizə də nəzarət etməyiniz tövsiyə olunur.
Astroloji yozumlara görə, bu bürclər üçün maliyyə baxımından daha hərəkətli günlər başlayır. Qarşılarına çıxan imkanları düzgün qiymətləndirənlər üçün vəziyyət tədricən yaxşılaşa bilər.
Mənsumə






