İranın Hörmüz boğazı ilə bağlı şərti

İranın Hörmüz boğazı ilə bağlı şərti
Kateqoriya məlum deyil
T

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Hüseyn Muhibbi Hörmüz boğazının yenidən gəmiçilik üçün açılmasının ABŞ-ın İran tərəfindən irəli sürülən şərtləri qəbul etməsindən asılı olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Hörmüz boğazı ətrafında gərginlik və keçidlərə dair müzakirələr davam edərkən İrandan diqqətçəkən açıqlama gəlib.

İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, Hüseyn Muhibbi Hörmüzqan əyalətində keçirilən “Jurnalistlər Günü” tədbirində jurnalistlərin suallarını cavablandırıb. O, açıqlamasında Hörmüz boğazının İran üçün strateji əhəmiyyətini vurğulayıb.

Muhibbi bildirib ki, Hörmüz boğazı İran üçün yalnız iqtisadi fəaliyyətlərin həyata keçirildiyi su yolu deyil. Onun sözlərinə görə, boğaz ölkənin coğrafi və strateji gücünün mühüm elementlərindən biridir.

İranlı general boğazın yenidən açılması üçün müəyyən şərtlərin olduğunu qeyd edib. O, prosesin İranın müəyyən etdiyi mexanizm və tələblər çərçivəsində həyata keçiriləcəyini söyləyib.

Muhibbi İranla Oman arasında aparılan danışıqların Hörmüz boğazının açılması məsələsində həlledici olmadığını da bildirib.

“Hörmüz boğazının yenidən açılması İranın müəyyən etdiyi mexanizm və şərtlərdən asılıdır. Bu, İranla Oman arasında aparılan danışıqlardan asılı deyil”, - deyə o bildirib.

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü boğazın açılmasını birbaşa ABŞ-ın mövqeyi ilə əlaqələndirib.

Muhibbi ABŞ-ın İranın irəli sürdüyü şərtləri qəbul etməli və regional danışıqlara müdaxilədən imtina etməli olduğunu bildirib.

O, bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazının yenidən açılacağını vurğulayıb.

“Əgər ABŞ İranın şərtlərini qəbul etsə, Hörmüz boğazı mütləq açılacaq”, - deyə Muhibbi bildirib.

İranlı rəsmisinin açıqlaması qlobal enerji ticarəti üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazında gərginliyin davam etdiyi bir vaxtda səslənib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR