Mustafa Sandal “Ronaldo ilə yarışaram” dedi

Türkiyəli müğənni Mustafa Sandal sıx konsert proqramı öncəsi açıqlamaları ilə diqqət çəkib. Daha əvvəl qarın əzələsi əməliyyatı keçirdiyi iddiaları ilə gündəmə gələn sənətçi təxminən 3 aydır ciddi məşq proqramı tətbiq etdiyini bildirib.
Sfera.az xəbər verir ki, Harbiye Açıq hava səhnəsindəki konserti öncəsi jurnalistlərin suallarını cavablandıran Mustafa Sandal şəxsi hazırlıq prosesi barədə danışıb.
Müğənni son 3 ayın həyatının ən çətin dövrlərindən biri olduğunu deyib:
“Özümə bir məqsəd qoymuşam və addım-addım ona doğru irəliləyirəm. Hər günümü layiqincə dəyərləndirirəm”.
Sandal məşq proqramındakı intizama da diqqət çəkərək, “Bu mövzuda ‘Ronaldo ilə yarışaram’ desəm, şişirtmiş olmaram” deyib.
Konsert hazırlıqlarından da danışan sənətçi Harbiyenin İstanbulun ən önəmli konsert məkanlarından biri olduğunu vurğulayıb.
“Harbiye çox həyəcanlı və zövqlü məkandır. Tamaşaçıları hər zaman coşqulu olur. Buranın haqqını vermək lazımdır. Mən də həmişə olduğu kimi komandamla birlikdə bu gecəni ən yaxşı şəkildə keçirmək üçün əlimdən gələni edəcəyəm”, – deyə o bildirib.
İdman sevgisi ilə tanınan Mustafa Sandal daha əvvəl qarın əzələsi əməliyyatı keçirdiyi iddiaları ilə də gündəmə gəlib.
Sözügedən prosedur idman və pəhrizlə kifayət qədər nəzərə çarpmayan qarın əzələlərinin daha müəyyən görünməsi məqsədilə tətbiq edilən estetik müdaxilə kimi tanınır.
Mənsumə






