Maskın atası: "Rusiyaya köçün"

Biznesmen və milyarder İlon Maskın atası, sahibkar Errol Mask tanışlarına Rusiyaya köçməyi tövsiyə etməsinin səbəbini açıqlayıb.
Sfera.az xəbər verir ki, Errol Mask bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb.
“Mən Cənubi Afrikadan olan insanlara tövsiyə etmişəm ki, əgər Cənubi Afrikadan köçməyi planlaşdırırsınızsa, o zaman Rusiyaya köçməyi düşünün”, – deyə o bildirib.
Errol Maskın sözlərinə görə, Rusiya “sağlam düşüncəli hər bir insanın yaşamaqdan xoşbəxt olacağı” məkandır.
Daha əvvəl Errol Mask Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qarşıya qoyulan məqsədlərə demək olar ki, çatmadığını bildirib. Onun sözlərinə görə, beynəlxalq “Visa” və “Mastercard” ödəniş sistemlərinin fəaliyyətinin dayandırılması belə Rusiya vətəndaşları üçün ciddi problem yaratmayıb. Çünki ölkədə milli ödəniş alətləri uğurla fəaliyyət göstərir.
Bundan əvvəl Errol Mask rusiyalıların gülərüzlülüyünə və qonaqpərvərliyinə heyran olduğunu söyləyib. Onun sözlərinə görə, rusiyalılarda aqressiya yoxdur və onlar çox maraqsevər insanlardır.
İnci







