Di Kaprio və Bezos heyvanlar üçün 200 milyon dollar ayırdı

Aktyor Leonardo Di Kaprio və milyarder Ceff Bezos dünyanın nəsli kəsilmək təhlükəsi ilə üzləşən canlı növlərinin qorunması üçün 200 milyon dollarlıq yeni layihəyə start veriblər.
Sfera.az xəbər verir ki, “Phoenix Species Project” adlanan təşəbbüs çərçivəsində dünyanın ən təhlükə altında olan 100 növünün qorunmasına dəstək göstərilməsi nəzərdə tutulur.
Layihə 30 ölkəni əhatə edəcək. Vəsait əsasən təbii yaşayış mühitlərinin bərpasına, təhlükə altında olan növlərin sayının artırılmasına və onların qorunması üzrə xüsusi proqramların həyata keçirilməsinə yönəldiləcək.
Təşəbbüsün əsas məqsədi yalnız ayrı-ayrı heyvanların qorunması deyil, onların yaşadığı ekosistemlərin də bərpası və uzunmüddətli mühafizəsinin təmin edilməsidir. Layihənin adı olan “Phoenix” (Feniks) isə məhv olmaq təhlükəsindən sonra yenidən dirçəlişi simvolizə edir.
Firuzə Əliyeva






