“Tramp TV" istifadəyə verildi
ABŞ Prezidenti Donald Tramp televiziya şəbəkələri ilə yaranan son gərginlik fonunda öz media platformasını istifadəyə verib. Sfera.az xəbər verir ki, yeni platformada real vaxt rejimində yenilənən məlumatlarla yanaşı, xüsusi videolar, mühüm elanlar və müxtəlif görüntülərin yayımlanacağı bildirilib. “Tramp TV” yayıma başlayarkən Donald Trampın iyulun 3-də Raşmor dağında etdiyi çıxışın arxiv görüntüləri nümayiş etdirilib. Qeyd edək ki, ABŞ-nin aparıcı televiziya kanalları NBC, ABC, CBS və Fox